"Beşiktaş"ın yeni transferi Duşan Vlahoviçin təqdimat filmində rol alan Hülya Avşar çəkilişlərin kameraarxası görüntülərini sosial media hesabında paylaşıb.
Demokrat.az xəbər verir ki, Avşarın 26 yaşlı ulduz futbolçu barədə “Çox yaraşıqlıdır” deməsi sosial mediada gündəm olub.
“Beşiktaş”ın “Yuventus”dan heyətinə qatdığı Dusan Vlahoviç üçün xüsusi təqdimat filmi hazırlanıb. Çarxda Vlahoviçlə yanaşı Necip Uysal, Arda Saatçi, Berkay Ateş və Hülya Avşar da yer alıb.
Çəkilişlərdən sonra setdən rəngarəng görüntülər paylaşan Hülya Avşar bu dəfə kameraarxası kadrları da izləyicilərinin diqqətinə çatdırıb. Əyləncəli anların yaşandığı çəkilişlərdən görüntülər qısa müddətdə sosial mediada maraq doğurub.
Avşar paylaşımında belə yazıb: “Güldük, əyləndik, gözəl çəkiliş oldu. Bu da kamera arxamız. Yeri gəlmişkən, bir şey deyim, çox yaraşıqlıdır”.





Jalə Demokrat.az


