Region Özəl

Paşinyan: Ermənistan hökumətinin yeni proqramında "Qarabağ hərəkatı" məntiqi yoxdur

Paşinyan: Ermənistan hökumətinin yeni proqramında Qarabağ hərəkatı məntiqi yoxdur

"Yeni hökumət proqramı Qarabağ hərəkatının məntiqini ehtiva etmir"

Demokrat.az xəbər verir ki, baş nazir Nikol Paşinyan bu fikirləri Nazirlər Kabinetinin bugünkü iclasında 2026–2031-ci illər üzrə hökumət proqramını təqdim edərkən səsləndirib.

"Demək olar ki, bütün erməni siyasi xadimləri — həm orta və yaşlı nəslin, həm də gənc nəslin bir çox nümayəndələri — Qarabağ hərəkatının ideologiyası ilə bağlıdır. Bu, hökumət rəsmilərinə də aid idi. Bununla belə, son illərdə hökumət 'uzun illərdir bağlı qalmış səhifələri yenidən oxumaq' qərarına gəldi. Onların yenidən şərh edilməsi sülh gündəliyinin və 'Real Ermənistan' konsepsiyasının formalaşmasına səbəb oldu, — deyə o bildirib.

Paşinyanın sözlərinə görə, bu məsələdə Ermənistan ictimaiyyətindən də müvafiq siqnal gəlib. O əlavə edib ki, sülh gündəliyi çərçivəsində hökumət böhranların idarə olunmasından gündəlik fəaliyyət rejiminə keçəcək və insan hüquqlarının gücləndirilməsi, iqtisadi diplomatiya (bu xüsusda Xarici İşlər Nazirliyinin adı dəyişdirilərək Xarici İşlər və Xarici Ticarət Nazirliyi adlandırılacaq), süni intellektdən istifadənin genişlənməsi ilə bağlı məsələlər, həmçinin səhiyyə sahəsindəki çağırışlara daha çox diqqət yetirəcək.

Proqramın yekun hissəsində qeyd olunur ki, dövlət ideologiyasındakı dəyişikliklərin dərinliyi nəzərə alınmaqla, Üçüncü Respublikadan Dördüncü Respublikaya keçid elan edilə bilər.

Hökumətin təsdiqindən sonra 2026–2031-ci illər üzrə proqram təsdiqlənməsi üçün parlamentə təqdim olunacaq.

Alparslan Demokrat.az

D
demokrat.az