Ermənistanın Qeqarkunuk vilayətində "GAZ-53" markalı yük maşını piyada hərəkət edən altı hərbi qulluqçunu vurub
Demokrat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, nəticədə bir əsgər həlak olub, beşi isə isə xəsarət alıb.
Hadisə avqustun 19-da Geğarkunik bölgəsində baş verib.
Saat təxminən 21:20-də dövlət qeydiyyat nişanı olmayan "GAZ-53" yük maşını Çambarak şəhərindən Vahan kəndinə aparan yolda altı piyadanı vurub.
Polisdən verilən məlumata görə, yük maşınınin sürücüsü Vaqan kənd sakini Vaqan Çaxaryandır. O, hazırda saxlanılıb.
Ermənistan Müdafiə Nazirliyi və hərbi polisin yüksək rütbəli rəsmiləri hadisə yerinə gəliblər. Hüquq-mühafizə orqanları müəyyən edib ki, GAZ-53 markalı nəqliyyat vasitəsi istismara yararsız olub və sürücünün sürücülük vəsiqəsi olmayıb.
Həlak olan şəxs hərbi qulluqçu Suren Vardanyandır.



