Sənaye və energetika

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

Demokrat.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,39% azalaraq 4 403,2 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 1,74% azalaraq 62,92 dollar təşkil edib.

Demokrat.az

D
demokrat.az