Şou-biznes Özəl

Çelik uşaqlıq illərinə qayıtdı — FOTOLAR

Çelik uşaqlıq illərinə qayıtdı — FOTOLAR

90-cı illərin məşhur sənətçilərindən olan türkiyəli müğənni Çelik evində qış hazırlığı görərkən uşaqlıq illərini xatırlayıb.

“Unutamam”, “Ateşteyim” və “Hercai” kimi mahnıları ilə bir dövrə damğasını vuran sənətçi bu dəfə mətbəxdən etdiyi paylaşımı ilə diqqət çəkib.

Çelik qış üçün hazırladığı pomidor və bibərlərin fotosunu izləyiciləri ilə bölüşərək bu qoxuların ona uşaqlıq illərini və anasını xatırlatdığını bildirib.

“Pomidor, bibər. Anamın qış hazırlığı. Uşaqlığımdakı kimi evin içində o gözəl qoxular... Gözlərimi yumanda gözəl zamanlardan gözəl xatirələr canlanır”, – deyə sənətçi qeyd edib.

Çelikin nostalji paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb. Onun uşaqlıq xatirələrini bölüşməsi sosial şəbəkə istifadəçilərində də keçmişə dair oxşar xatirələri canlandırıb.

Çelik uşaqlıq illərinə qayıtdı — FOTOLAR
Çelik uşaqlıq illərinə qayıtdı — FOTOLAR

Leyla Demokrat.az

D
demokrat.az