Şou-biznes Özəl

Məşhur aktyor "Yeraltı" serialında — FOTO

Məşhur aktyor Yeraltı serialında — FOTO

NOW TV ekranlarında yayımlanan “Yeraltı” serialı yeni mövsüm hazırlıqlarına başlayıb.

Demokrat.az xəbər verir ki, güclü aktyor heyəti ilə diqqət çəkən seriala yeni adlar da qoşulur. İkinci mövsümdə İsmail Hacıoğlu və Şükran Ovalı kimi tanınmış aktyorları tamaşaçı qarşısına çıxaracaq layihənin heyətinə usta aktyor Ekrem Tamer də daxil olub. İsmail Hacıoğlunun atasını canlandıracaq Ekrem Tamerin serialdakı hadisələrin bütün balansını dəyişəcəyi gözlənilir.

Çərşənbə axşamlarının sevilən layihələri arasında yer alan serialda baş rolları Deniz Can Aktaş, Devrim Özkan və Uraz Kaygılaroğlu paylaşır. Güclü aktyor heyəti ilə də ön plana çıxan serial hər bölümdə həyəcanı artırır və sosial mediada ən çox müzakirə olunan layihələrdən birinə çevrilib. Mövsüm finalından sonra ikinci mövsümə hazırlaşan “Yeraltı” serialının sentyabr ayında çəkilişlərə başlaması planlaşdırılır.

Mövsüm finalından sonra tamaşaçıların qarşısında bir çox sual doğuran “Yeraltı”nın yeni mövsümündə personajları hansı hadisələrin gözlədiyi maraq doğurur. Birsen Altuntaşın məlumatına görə, yeni mövsümdə serialın heyətinə bir sıra tanınmış aktyorlar qoşulacaq.

İlk mövsümdə böyük maraq qazanan “Yeraltı”ya Şükran Ovalı və İsmail Hacıoğlunun daxil olması ilə süjetin hansı istiqamətdə inkişaf edəcəyi indidən maraq doğurur. Bundan əlavə, usta aktyor Ekrem Tamerin də seriala qoşulması hadisələrin balansını dəyişə bilər.

“Yeraltı”nın ikinci mövsümü indidən böyük maraq doğurur. Keçmişdən gələn sirlərin tədricən üzə çıxacağı və personajlar arasındakı hesablaşmaların hekayəni tamamilə fərqli istiqamətə aparacağı gözlənilir.

Yeni mövsüm hazırlıqları davam edərkən serialın heyətinə qoşulan Ekrem Tamer canlandıracağı obrazla mühüm personajlardan birinə çevriləcək.

İsmail Hacıoğlunun atasını canlandıracaq Ekrem Tamerin hekayədə mühüm və açar rola sahib olacağı bildirilir. Aktyorun obrazı artıq serialın pərəstişkarlarının ən çox maraq göstərdiyi mövzulardan birinə çevrilib.

Sentyabr ayında çəkilişlərə başlaması planlaşdırılan “Yeraltı” serialının yeni personajlar və baş verəcək hadisələrlə yenidən zirvəyə yüksələcəyi gözlənilir. Berna Aruzun ssenarisini yazdığı serialın rejissor kürsüsündə isə Murat Öztürk əyləşir.

Məşhur aktyor Yeraltı serialında — FOTO

Jalə Demokrat.az

D
demokrat.az