Sosial

Qubada yanan evlərin yerində yeniləri tikiləcək

Qubada yanan evlərin yerində yeniləri tikiləcək

Quba rayonunun Qarxun kəndində baş vermiş yanğın söndürülüb.

Demokrat.az-ın "Report"a istinadən məlumatına görə, 3 yaşayış evi, 7 mal tövləsi və 9 ot tayası yanıb.

Hadisə yerinə gələn Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, yaxın vaxtda evləri yanan ailələr üçün yeni evlər tikiləcək. Həmçinin sakinlər ərzaqla təmin olunacaq.

Yanğının səbəbləri araşdırılır.

Demokrat.az

D
demokrat.az