Sosial Özəl

Metrodakı dəyişiklikdən sonra 28 may yaxınlığında vəziyyət belədir — FOTOREPORTAJ

Metrodakı dəyişiklikdən sonra 28 may yaxınlığında vəziyyət belədir — FOTOREPORTAJ

Bakı metrosunda ən çox istifadə olunan stansiyalardan biri olan “28 May”da sərnişin sıxlığı xüsusilə iş və dərs saatlarında hər zaman diqqət çəkib. Universitetlərin fəaliyyət göstərdiyi dövrlərdə tələbələrin, eləcə də işə gedib-gələn vətəndaşların metrodan kütləvi şəkildə istifadə etməsi stansiyada ciddi izdiham yaradıb. Pik saatlarda sərnişinlərin platformalara daxil olması və qatar gözləməsi bəzən 20 dəqiqə ilə məhdudlaşmayıb, gözləmə müddəti daha da uzanıb.

Avqustun 15-dən etibarən aparılan təmir işləri çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin dayandırılması isə ərazidə sərnişin axınının istiqamətinə təsir göstərib.

Demokrat.az-ın əməkdaşı qərarın qüvvəyə minməsindən sonra “28 May” ərazisində yaranan vəziyyəti müşahidə edib.

Müşahidələr zamanı məlum olub ki, xüsusilə iş günlərinin sonunda, saat 18:00-dan sonra “28 May” stansiyasının qarşısında və ətrafında sərnişin hərəkətliliyi yüksək olaraq qalır. Lakin əvvəlki dövrlə müqayisədə metro daxilindəki sıxlığın nisbətən səngidiyi müşahidə edilir.

Metrodakı dəyişiklikdən sonra 28 may yaxınlığında vəziyyət belədir — FOTOREPORTAJ

Əvvəllər işdən çıxış saatlarında stansiyanın daxilində, xüsusilə “Dərnəgül” istiqamətində hərəkət edən sərnişinlər arasında ciddi sıxlıq yaranırdı. Hazırda isə həmin sərnişin axınının müəyyən hissəsi yerüstü nəqliyyatın üzərinə düşüb.

Ərazidə yeni fəaliyyətə başlayan M1, M2, M3 və digər müntəzəm avtobus marşrutlarının sərnişinlərə alternativ imkan yaratdığı görünür. Günün pik saatlarında avtobus dayanacaqlarında sərnişin sayının artması da diqqətdən yayınmır.

Metrodakı dəyişiklikdən sonra 28 may yaxınlığında vəziyyət belədir — FOTOREPORTAJ

Digər tərəfdən, avtobusların hərəkət intensivliyinin də yüksəldiyi müşahidə olunur. Sərnişinlərin metro əvəzinə avtobuslardan istifadə etməsi yerüstü nəqliyyatda əlavə yük yaratsa da, avtobusların daha aktiv hərəkəti sərnişin axınının tənzimlənməsində müəyyən rol oynayır.

Beləliklə, “28 May” ərazisində sərnişin sıxlığının tam aradan qalxdığını demək mümkün deyil. Sadəcə, əvvəl metro daxilində daha çox hiss olunan sıxlıq hazırda müəyyən qədər küçələrə və avtobus dayanacaqlarına keçib.

Metrodakı dəyişiklikdən sonra 28 may yaxınlığında vəziyyət belədir — FOTOREPORTAJ

Təmir işlərinin davam etdiyi müddətdə əsas sual isə sərnişinlərin alternativ marşrutlardan nə dərəcədə rahat istifadə edə bilməsidir. Xüsusilə iş və dərs saatlarında avtobuslara olan tələbatın artması qarşıdakı günlərdə nəqliyyat sisteminin yükünü daha da artıracaq.

Fidan Hacızadə

D
demokrat.az