Məşhur türk sənətçi Ümit Besenin qızı Ezgi Besen ailə qurub.
Demokrat.az xəbər verir ki, Ədirnə ədliyyəsində hakim vəzifəsində çalışan və son Hakimlər və Prokurorlar Şurasının (HSK) qərarnaməsi ilə Safranboluya təyin edilən Ezgi Besen ədirnəli vəkil Yüksel Görkəm Erbeklə nikah bağlayıb.
Cütlük ötən həftə İstanbulda yaşayan yaxınları üçün yaxtada toy mərasimi təşkil edib. Onlar nikah kitabçasına Ədirnə-Sarayiçidə yerləşən Ağa Köşkündə keçirilən mərasimdə imza atıblar.
İstanbulda keçirilən toy mərasiminə ev sahibliyi edən Ümit Besenin isə konsert üçün Bodrumda olduğu və təyyarəyə gecikdiyi üçün Ədirnədəki nikah mərasimində iştirak edə bilmədiyi öyrənilib.



Jalə Demokrat.az


