Şou-biznes Özəl

Ajda Pekkan 25 min dollarlıq "gənclik iksiri" iddiasını təkzib etdi: "Belə bir şey yoxdur"

Ajda Pekkan 25 min dollarlıq gənclik iksiri iddiasını təkzib etdi: Belə bir şey yoxdur

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan haqqında yayılan 25 min dollarlıq “gənclik iksiri” iddiasına münasibət bildirib.

Demokrat.az xəbər verir ki, 80 yaşlı sənətçinin gənc görünüşünün sirrinin Tailanddan gətirilən və təxminən 25 min dollar dəyərində olan xüsusi vasitə olduğu iddia edilib.

Ajda Pekkan isə bu məlumatı qəti şəkildə təkzib edib. O, belə bir iksir istifadə etmədiyini bildirərək, bahalı və əlçatmaz vasitələrə üstünlük vermədiyini deyib. Sənətçi gənc görünüşünün əsas səbəblərindən birinin genetika olduğunu vurğulayıb.

“İnsan gəncliyində necədirsə, DNT-si də odur. Mən sadəcə xırda toxunuşlar etdirirəm”, deyə Pekkan bildirib.

Müğənni daha əvvəl gündəlik rejiminə də diqqət çəkərək erkən yatdığını və təxminən 8 saat yatdığını söyləyib. O, səhərlər ilıq suya bir çay qaşığı bəkməz və bir qədər limon əlavə edərək içdiyini də açıqlayıb.

Pekkan haqqında yayılan “gənclik iksiri” xəbərlərinin onu məyus etdiyini də bildirib və məlumatı hazırlayanlara iradını çatdırıb.

Jalə Demokrat.az

D
demokrat.az