Hadisə

Metroda özünü qatar yoluna atanın kimliyi bəlli oldu — YENİLƏNİB+VİDEO

Metroda özünü qatar yoluna atanın kimliyi bəlli oldu — YENİLƏNİB+VİDEO

Bakıda metrosunda özünü qatar yoluna atan şəxsin kimliyi məlum olub.

Demokrat.azoxu.az-a istinadən xəbər verir ki, həmin şəxs polis əməkdaşları tərəfindən 1 saylı şəhər Kliniki Xəstəxanasına aparılıb.

Əldə etdiyimiz məlumata görə, sözügedən şəxs 1988-ci il təvəllüdlü Şükürov Tural Sahib oğludur. Baş gicəllənməsi ilə həkimə müraciət edən T.Şükürov bildirib ki, özünü stansiya yoluna atmaq fikri olmayıb. Hadisə onun müvazinətini itirməsi nəticəsində baş verib.

İlkin müayinədən sonra onun evə buraxılacağı bildirilib.

***

“Bakı Metropoliteni”ndə qatarların hərəkətində yubanma olub.

Demokrat.az-ın məlumatına görə, "Yaşıl xətlə" hərəkət edən qatar hərəkət qrafiki üzrə 15 dəqiqə gecikməli olub. Saat 20:48-də “İnşaatçılar” metrosunda dayanan qatar bir neçə dəqiqə yubanmadan sonra yola düşüb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında bildirib ki, metroda yubanma "Nəriman Nərimanov" stansiyasında sərnişin özünün stansiya yoluna atması ilə əlaqədardır.

"Maşinist hadisəyə çevik reaksiya verib. Gərginlik kəsilib və sərnişin stansiya yolundan çıxarılıb. Ümumilikdə xətdə 10 dəqiqəlik yubanma olub", - deyə o bildirib.

D
demokrat.az