Almaz Ələsgərlinin şəhər məkanlarından birində səhnəyə çıxdığı anlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Demokrat.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Əməkdar artistin çıxışı ilə bağlı bir şəxsin yazdığı irad diqqəti cəlb edib.
Paylaşımda Almaz Ələsgərlinin belə bir məkanda çıxış etməsinin uyğun olmadığı bildirilib:
“Yaraşdırmadım sizə ayaqaltı kafedəki oxumağı. Siz daha gözəl səhnələrə layiqsiniz. Məkan haqqında heç nə yazmayacağam. Başa düşmədim, bura parkdır, restorandır, yoxsa çayxana?! Sevmədim. Səsdən oturmaq ümumiyyətlə mümkün deyildi”.
Demokrat.az


