Arıqlamaq üçün yalnız nə qədər və nə yediyimiz deyil,günün hansı saatlarında qidalandığımızda əhəmiyyətli ola bilər. 2026-cı ilin mart ayındaCurrent Nutrition Reportsjurnalında dərc olunan elmi icmal zaman məhdudiyyətli qidalanmanın metabolik sağlamlığa mümkün təsirlərinə diqqət çəkib.
Araşdırmada xüsusilə artıq çəki və piylənməsi olan şəxslərdə gündəlik qidalanmanın8–10 saatlıq zaman pəncərəsindəhəyata keçirilməsinin metabolik göstəricilər baxımından faydalı ola biləcəyi qeyd edilir.
Qidalanmanı günün erkən saatlarına çəkmək daha faydalı ola bilər
Elmi məlumatlar göstərir ki, qidalanmanın günün daha erkən hissəsində həyata keçirilməsiqan şəkərinin idarə olunması və insulin həssaslığıbaxımından üstünlük yarada bilər.
Məsələn, gün ərzində qidalanmanı09:00–18:00və ya10:00–19:00aralığında saxlamaq 8–10 saatlıq yemək pəncərəsinə uyğun gəlir. Bunun əksinə olaraq, yeməklərin gec saatlara, xüsusilə gecəyə doğru sıxlaşdırılması orqanizmin bioloji ritmi ilə daha az uyğunlaşa bilər.
Gecə 8–12 saatlıq fasilə
Mütəxəssislər gündüz qidalanma, gecə isə qida qəbuluna fasilə verilməsinin metabolik sağlamlıq baxımından faydalı ola biləcəyini bildirirlər. Lakin bu,“hamı mütləq saat 18:00-da yeməyi dayandırmalıdır”demək deyil. Əsas məqsəd qidalanmanı gecə saatlarına qədər uzatmamaq və gündəlik yeməkləri müəyyən zaman aralığında toplamaqdır.
8–10 saat “möcüzəvi” arıqlama üsulu deyil
Araşdırmanın nəticələri 8–10 saatlıq qidalanma pəncərəsini arıqlamaq üçün universal və mütləq qayda kimi təqdim etmir. Bu model daha çoxmetabolik fayda ilə uzunmüddətli davamlılıq arasında mümkün balanskimi qiymətləndirilir.
Bundan əlavə, insanın nə qədər kalori qəbul etdiyi, qidanın tərkibi, fiziki aktivlik, yuxu və digər amillər də çəkiyə təsir göstərir.
Yəni saat seçimi önəmlidir, amma arıqlamağın tək şərti deyil.Mövcud elmi dəlillər qidalanmanın günün daha erkən saatlarına keçirilməsinin bəzi insanlarda metabolik sağlamlıq üçün əlavə üstünlük yarada biləcəyini göstərir.
Leyla Demokrat.az


