Şou-biznes

Dadaşlinskinin verilişində “nənə” söhbəti gündəmə damğa vurdu — VİDEO

Dadaşlinskinin verilişində “nənə” söhbəti gündəmə damğa vurdu — VİDEO

“İctimai” televiziyada böyük maraqla izlənilən “3D” sosial-ictimai proqramında maraqlı anlar yaşanıb.

Demokrat.az xəbər verir ki, proqram başlamazdan öncə Lənkərandan olan nənələrin çıxışı verilişə rəng qatıb.

Belə ki, nənələr “Ay lolo” mahnısının sözlərini dəyişərək verilişin gözəl siması - Dadaş Dadaşlinskinin katibəsi Lyubaya mahnı həsr ediblər. Nənələrin ifasının sədaları altında Lyuba rəqs edib.

Sonra D.Dadaşlinski ilə telefonla danışan Lyuba vəziyyətin pis olduğunu deyib:

“Vəziyyət çox kritikdir. Nənələrin sayı çoxalıb, otağıma sığmırlar. Olar sizin otağınıza da keçək?”

Proqramın aparıcısı isə Lyubaya etirazını bildirib:

“Yox, Lyuba, olmaz. Mən sənin bu təşəbbüsünü başa düşürəm, amma otağıma qonaqlar gəlir. Biz daha vacib məsələləri müzakirə edirik. Belə şey olar?”

Lyuba isə “Dadaş müəllim qonaqlar nənələrdən vacibdir ki? Nənələr bizim sərvətimizdir” - deyərək D.Dadaşlinskini bu mövzuda yumşaldıb. (oxu.az)

​Demokrat.az

D
demokrat.az