Şou-biznes Özəl

"Kızılcık Şerbeti"nin ulduzu 24 günə 9 kq arıqladı

Kızılcık Şerbetinin ulduzu 24 günə 9 kq arıqladı

“Kızılcık Şerbeti” serialında canlandırdığı Fatih obrazı ilə tanınan türkiyəli aktyor Doğukan Güngör hərbi xidmətini başa vurduqdan sonra görünüşündəki dəyişikliklə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, aktyor 24 günlük hərbi xidmət müddətində 9 kilo arıqladığını açıqlayıb. Tərxis olunduqdan sonra Çeşmədə görüntülənən Güngör daha fit görünüşü ilə diqqət çəkib.

Ankaranın Şərəflikoçhisar rayonunda yerləşən Kara Kuvvetləri Tatbikat Merkezi Komutanlığında hərbi xidmət keçən aktyor tərxis olunduqdan sonra əvvəlcə İstanbula, daha sonra isə istirahət üçün

Çeşməyə yollanıb. Burada jurnalistlərin suallarını cavablandıran Güngör hərbi xidmət zamanı 9 kilo çəki itirdiyini bildirib.“Əsgərlikdən 9 kilo əskik qayıtdım”, – deyə aktyor bildirib.

Güngör hərbi xidmət müddətinin onun üçün yalnız fiziki baxımdan deyil, şəxsi və peşəkar baxımdan da faydalı olduğunu qeyd edib. O, hərbi xidmətdə tanış olduğu insanlarla dostluq münasibətlərinin davam etdiyini və müxtəlif xarakterləri müşahidə etmək imkanı qazandığını bildirib. Aktyorun sözlərinə görə, bu təcrübə onun peşəsi baxımından da əhəmiyyətli olub.

Doğukan Güngör tərxis olunduqdan sonra yeni layihəsi üzərində çalışmağa başlayacağını da açıqlayıb. Aktyor Kanal D-də yayımlanması planlaşdırılan “Haysiyyət” serialı ilə ekranlara qayıtmağa hazırlaşır. Bundan başqa, aktyorun yalnız çəki itirməsi deyil, imicində etdiyi dəyişiklik də diqqətdən yayınmayıb. Güngör saç və saqqal stilini dəyişərək yeni görünüşə sahib olub. Bu dəyişikliklərin yeni serialdakı rolu üçün hazırlıqla bağlı olduğu bildirilir.

Aktyorun yeni görünüşü sosial şəbəkələrdə də maraqla qarşılanıb. İzləyicilər onun daha fit görünüşünü və dəyişən imicini müzakirə ediblər.

Nuray

D
demokrat.az