Yay istisində sərinləmək üçün üstünlük verilən buzlu qəhvələr göründüyü qədər masum olmaya bilər. Mütəxəssislər tərkibinə əlavə edilən şərbət, krem və sousların içkinin şəkər və kalori miqdarını əhəmiyyətli dərəcədə artırdığını bildirirlər.
Dietoloq Edanur Ustanın sözlərinə görə, sadə qəhvə, buz və sudan hazırlanan içkilərin kalorisi aşağı ola bilər. Lakin karamel və şokolad sousları, aromalı şərbətlər, şəkər və krem əlavə edildikdə vəziyyət dəyişir.
Bəzi kremli və aromalı buzlu qəhvələrin bir stəkanında40-60 qram əlavə şəkərola bilər. Bu səbəbdən mütəxəssislər qəhvə sifariş edərkən əlavə edilən şərbət, sous və şəkərin miqdarına diqqət yetirməyi tövsiyə edirlər.
Qəhvə suyun yerini vermir
Buzlu qəhvə isti havalarda sərinlik hissi yaratsa da, orqanizmin əsas maye ehtiyacı su ilə qarşılanmalıdır. Normal miqdarda qəbul edilən qəhvə gündəlik maye qəbuluna müəyyən qədər töhfə verə bilər. Lakin xüsusilə isti havalarda su əvəzinə davamlı olaraq qəhvə içmək tövsiyə edilmir.
Südlü qəhvələrə diqqət
Yay aylarında südlü soyuq içkilərin saxlanma şəraiti də böyük əhəmiyyət daşıyır. Uzun müddət isti mühitdə qalan və ya soyuq zənciri pozulan süd məhsullarında mikroorqanizmlərin çoxalma riski artır. Bu səbəbdən uzun müddət açıqda saxlanılan südlü qəhvələrin istehlakından çəkinmək lazımdır.
Həddindən artıq kofein narahatlıq yarada bilər
Gün ərzində bir neçə qəhvə içildikdə qəbul edilən kofein miqdarı sürətlə arta bilər. Sağlam yetkinlər üçün gündəlik təxminən400 milliqrama qədər kofeinadətən qəbul edilə bilən yuxarı hədd hesab olunur. Həddindən artıq kofein qəbulu ürəkdöyünmə, yuxusuzluq, narahatlıq, titrəmə və mədə problemlərinə səbəb ola bilər.
Hamiləlik dövründə isə gündəlik kofein qəbulunun200 milliqramı keçməməsitövsiyə edilir. Ürək ritm pozuntusu, reflüks, qastrit və ya kofeinə qarşı həssaslığı olan şəxslərin isə qəbul etdikləri qəhvə miqdarına xüsusi diqqət yetirmələri məsləhətdir.
Leyla Demokrat.az


