Şou-biznes Özəl

Gülben Ergenin estetik prosedurdan sonrakı görüntüsü — FOTO

Gülben Ergenin estetik prosedurdan sonrakı görüntüsü — FOTO

Türkiyəli müğənni və aktrisa Gülben Ergen etdirdiyi estetik prosedurdan sonra son görünüşünü izləyiciləri ilə bölüşüb.

90-cı illərdən etibarən Türkiyə şou-biznesinin tanınmış simalarından olan sənətçi bu dəfə “YouLift” adlandırılan əməliyyatsız tam üz gəncləşdirmə proseduru ilə gündəmə gəlib.

Məlumata görə, prosedurun məqsədi üz cizgilərini dəyişdirmədən müəyyən nahiyələri daha yığcam və toparlanmış göstərmək olub. Ergenin orta üz nahiyəsinə yüngül lifting tətbiq edilib, gözaltı çöküklüyünə minimal müdaxilə olunub. Həmçinin nazolabial xətlər üzərində işlənilib və çənə xəttinin daha aydın görünməsi hədəflənib.

Prosedurdan sonra ilk dəfə güzgüyə baxan Gülben Ergen nəticədən razı qalıb.

Sənətçi yeni görünüşünü qiymətləndirərkən,“Möhtəşəm! Tam istədiyim kimi etmisiniz. Üzümdəki bu yüngül qalxma və incəlmə məni dəyişdirməyib, özüm kimi görünürəm, amma bir şirinlik var”, deyə bildirib.

Ergenin prosedurdan sonrakı görüntüləri sosial mediada da diqqət çəkib.

Gülben Ergenin estetik prosedurdan sonrakı görüntüsü — FOTO

Leyla Demokrat.az

D
demokrat.az