Müğənni Özcan Deniz "Kalp Yarası" mahnısı ilə bağlı illər sonra etiraf edib.
Demokrat.az xəbər verir ki, kulisdə qadın pərəstişkarlarından biri ilə aralarında baş verən dialoqu danışaraq maraqlı açıqlama verib.
Özcan Deniz həftəsonu Kiprdəki konsertində "Kalp Yarası" mahnısını ifa edib.
Səhnədə mahnı ilə bağlı xatirəsini bölüşən Deniz bildirib:
"Bir xanım şəkil çəkdirmək üçün kulisə gəlmişdi. Mənə dedi ki, "Mahnını yox, mahnının içindəki əzab çəkən kişini sevirəm". Bunu şeytani bir niyyətlə söylədi. Həmin gün başa düşdüm ki, hər əzab çəkən kişinin arxasında göbək atan bir qadın var. O gündən bu yana heç bir qadına özümü yazıq və aciz vəziyyətdə göstərmirəm".
Jalə Demokrat.az


