Ərdoğan regiondakı bütün ölkələri vahid bir saziş ətrafında birləşdirməyi hədəfləyir
Demokrat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Ərdoğan deyib.
"Bizim məqsədimiz, vizyonumuz, mümkün olarsa, nəticə etibarilə regiondakı bütün ölkələri Məkkə Sazişi çərçivəsində birləşdirməkdir. Bu saziş heç bir ölkəyə qarşı yönəlməyib. Onun yeganə məqsədi regionda sülh və sabitliyi, eləcə də xalqlarımızın rifahını təşviq etməkdir. Biz regionumuzda sabitliyi təmin etmək istiqamətində tarixi bir məsuliyyət üzərimizə götürmüşük. Sazişin əsas məqsədi çəkindiricilik qabiliyyətini gücləndirməkdir. O, bütün qardaş xalqlar üçün açıqdır," – deyə Ərdoğan vurğulayıb.
Alparslan Demokrat.az


