Sosial Özəl

Evini satan şəxs ölkədən çıxa bilərmi? — Vəkildən açıqlama

Evini satan şəxs ölkədən çıxa bilərmi? — Vəkildən açıqlama

Evini sataraq ölkədən çıxmaq istəyən şəxslər bəzən hüquqi və maliyyə öhdəlikləri səbəbindən müəyyən məhdudiyyətlərlə üzləşə bilərlər. Xüsusilə borclar, məhkəmə qərarları və digər öhdəliklər şəxsin ölkədən çıxışına təsir göstərə bilər.

Daşınmaz əmlakını satan şəxsin ölkədən çıxmasına hansı hallarda maneə yarana bilər?

Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən vəkil Ceyhun İsmayılov deyib ki, ölkədən çıxışa məhdudiyyətin qoyulması daşınmaz əmlakın satılıb-satılmaması ilə çox da əlaqəli olan məsələ deyil:

Evini satan şəxs ölkədən çıxa bilərmi? — Vəkildən açıqlama

“Yəni daşınmaz əmlak satıldıqdan sonra ölkədən çıxışa məhdudiyyət qoyulubsa, həmin daşınmaz əmlakın satılıb-satılmamasının burada ciddi rolu yoxdur. Əsas məsələ məhkəmə qərarlarının olmasıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunması üçün icra şöbəsinə yönləndirildikdən sonra icra məmuru “İcra haqqında” Qanunun tələblərinə əsasən müvafiq tədbirlər görür”.

Vəkil əlavə edib ki, ilk növbədə borcluya öhdəliyini könüllü şəkildə icra etməsi üçün 10 gün müddətində imkan verilir:

“Həmin müddət ərzində öhdəlik icra olunmazsa, icra məmuru müvafiq tədbirlər görür. Bu tədbirlərdən biri də borclunun ölkədən çıxışına məhdudiyyət qoyulmasıdır. Bu, borclunun öhdəliyini icra etməsini təmin etmək məqsədilə görülən tədbirlərdən biridir. Bundan başqa, əmlakın üzərinə həbs qoyulması, borclu icra şöbəsinə çağırıldığı halda gəlmədikdə məcburi qaydada gətirilməsi və digər icra tədbirləri də tətbiq oluna bilər. Borclar və digər öhdəliklər icra edildikdən sonra həmin məhdudiyyətlər, o cümlədən ölkədən çıxışa qoyulmuş məhdudiyyət götürülür. Məhdudiyyət aradan qaldırıldıqdan sonra vətəndaş sərbəst şəkildə ölkəni tərk edə və yenidən ölkəyə qayıda bilər”.

Fidan Hacızadə

D
demokrat.az