Şou-biznes

İrem Dericidən məşhur serialla bağlı sürpriz təklif

İrem Dericidən məşhur serialla bağlı sürpriz təklif

Türkiyəli müğənni İrem Derici maraqlı açıqlaması ilə gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, sənətçi "Daha 17" serialında rol almaq istədiyini zarafatla ifadə edib.

Derici hər bazar günü yayımlanan serialın bölümlərini izlədiyini bildirib. Son bölümün ardından sosial şəbəkədə serialın yaradıcı heyətinə müraciət edən müğənni 5 dəqiqəlik rol istəyib.

“Mənə cəmi 5 dəqiqəlik bir rol yaza bilərsiniz? Hakan obrazını döyüb çıxacağam”, – deyə İrem Derici yazıb.

Onun bu paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında gülüşə səbəb olub.

Qeyd edək ki, serialda Hakan obrazını aktyor Armağan Oğuz canlandırır. Obraz hekayədə mənfi xarakteri ilə diqqət çəkir.

Demokrat.az

D
demokrat.az