Sumqayıtda 61 yaşlı kişi avtomobildə qəflətən dünyasını dəyişib.
Demokrat.az Teleqraf-a istinadla xənbər verir ki, hadisə şəhərin Qurd dərəsi ərazisində qeydə alınıb.
Belə ki,1965-ci il təvəllüdlü Bayramov Çingiz Həmdulla oğlu özünə məxsus “BYD” markalı avtomobildə olarkən qəflətən ölüb.
Onun ölüm səbəbi araşdırılır.
Demokrat.az


