Avqustun 12-də nadir astronomik hadisələr baş verəcək. Həmin gün tam Günəş tutulması, gecə isə "Perseid" meteor yağışı müşahidə olunacaq.
Demokrat.az xəbər verir ki, tam Günəş tutulması Ayın Yer ilə Günəş arasından keçməsi nəticəsində yaranacaq. Tutulmanın tam müşahidə olunduğu ərazilərdə gündüz qısa müddətə qaranlıq çökəcək.
Hadisə Qrenlandiya, İslandiya və İspaniyanın bəzi ərazilərindən tam görünəcək. Avropanın digər bölgələrində isə Günəş tutulması qismən müşahidə ediləcək.
Həmin gecə "Perseid" meteor yağışı da maksimum aktivlik mərhələsinə çatacaq. Beləliklə, səma həvəskarlarını eyni gün ərzində iki fərqli astronomik hadisə gözləyir.
Qeyd edək ki, tam Günəş tutulması Azərbaycandan və Türkiyədən görünməyəcək.
Jalə Demokrat.az


