Türkiyənin məşhur serialı “Kızılcık Şerbeti”ndə aktyor ayrılıqları davam edir. Dörd mövsüm ərzində Nilay obrazını canlandıran Feyza Civelek də serialla yollarını ayırıb.
Feyza Civelekin ayrılığı ilə serialın ilk mövsümündən etibarən əsas heyətdə baş verən böyük dəyişikliklər yenidən gündəmə gəlib. Beşinci mövsümə hazırlıqların davam etdiyi “Kızılcık Şerbeti”nin ilk heyətindən cəmi üç aktyor qalıb.
Serial yayımlandığı ilk gündən böyük maraqla qarşılanıb. Lakin ötən dörd mövsüm ərzində çoxsaylı aktyorlar layihəni tərk edib. Onların arasında Settar Tanrıöğen, Müjde Uzman, Yiğit Kirazcı, Serkan Tınmaz, Kayra Şenocak, Sibel Taşçıoğlu, Hamdi Alkan, Sıla Türkoğlu, Doğukan Güngör, Feyza Civelek, Özge Özacar və digər aktyorlar da yer alıb.
Ardıcıl ayrılıqlardan sonra “Kızılcık Şerbeti”nin ilk mövsümündəki əsas heyətdən yalnız üç aktyor beşinci mövsümdə də serialda yer alacaq.
BunlarBarış Kılıç (Ömer),Evrim Alasya (Kıvılcım)və Ceren Karakoç (Nursema)dır.
Beləliklə, yeni mövsüm öncəsi serialın aktyor heyəti demək olar ki, tamamilə yenilənib. “Kızılcık Şerbeti” beşinci mövsümə əvvəlki heyətdən böyük fərqlə, yeni aktyorlarla hazırlaşır.

Leyla Demokrat.az


