Türkiyənin məşhur müğənnisi və bəstəkarı Kayahan Açarın Balıkesirin Gömeç rayonunda yerləşən məşhur“Gönül Köşkü”satışa çıxarılıb.
Demokrat.az Türkiyə KİV-nə istinadən bildirir ki, sənətçinin həyatının mühüm hissəsini keçirdiyi və bir çox əsərini bəstələdiyi mülk üçün130 milyon türk lirəsitələb olunur.
1609 kvadratmetrlik ərazidə 5 ev
Məlumata görə, “Gönül Köşkü” tək bir evdən ibarət deyil. Ümumi sahəsi1609 kvadratmetrolan ərazidə bir-birinə bitişik5 ayrı evyerləşir.
Hər evin5 yataq otağı və 1 qonaq otağındanibarət olduğu bildirilir. Mülkün ərazisində həmçinin hovuz və geniş yaşıllıq sahələri mövcuddur.
Dəniz mənzərəsi var
Gömeçdə yerləşən mülkün əsas üstünlüklərindən biridəniz mənzərəsidir. Hovuz və xüsusi abadlaşdırılmış bağ sahəsi də əmlaka əlavə dəyər qazandırır. Lakin “Gönül Köşkü”nün əsas özəlliyi onun Kayahanın yaradıcılığı ilə bağlı olmasıdır. Sənətçinin bir çox əsərini məhz burada bəstələdiyi qeyd olunur.
Müğənni, bəstəkar və musiqiçi Kayahan Açar3 aprel 2015-ci ildə66 yaşında vəfat edib. Sənətçi yaradıcılığı ərzində çoxsaylı albom və mahnılara imza atıb. Onun uzun illər yaşadığı “Gönül Köşkü” isə Kayahanın xatirəsi ilə bağlı ən tanınmış məkanlardan biri hesab olunur.
Hazırda sənətçinin adı ilə özdeşləşən mülk130 milyon türk lirəsiqiymətlə satışa təqdim edilib. 




Leyla Demokrat.az


