ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Karlon Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişlə bağlı video yayıb.
Videoda qeyd olunub ki, bu gün, düz bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə keçirilən sammitdə qəbul edib.
Bildirilib ki, həmin sammit onilliklər ərzində davam edən münaqişəyə son qoyaraq Azərbaycan və Ermənistanı daha firavan gələcəyə aparan yola çıxarıb.
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Karlon video müraciətində avqustun 8-dən etibarən əldə olunan irəliləyiş və iki ölkə arasında artan əməkdaşlıq barədə fikirlərini bölüşüb.
Vaqif Demokrat.az


