Hadisə

Su kanalında boğulan 15 yaşlı yeniyetmənin meyiti çıxarıldı

Su kanalında boğulan 15 yaşlı yeniyetmənin meyiti çıxarıldı

Beyləqan rayonunda su kanalında boğulma hadisəsi qeydə alınıb.

Rayonun Bünyatlı kəndi ərazisində baş verən hadisə nəticəsində Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Murad Ramil oğlu Əmrahlı həyatını itirib.

Məlumata görə, yeniyetmə kanalda çimərkən boğulub. Onun meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

Demokrat.az

D
demokrat.az