Sosial

Bəzi rayonlarda güclü külək əsəcək, leysan yağacaq

Bəzi rayonlarda güclü külək əsəcək, leysan yağacaq

Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Demokrat.azxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Demokrat.az

D
demokrat.az