Sağlamlıq Özəl

Oturaq işləyənlər üçün 9 sağlam qəlyanaltı

Oturaq işləyənlər üçün 9 sağlam qəlyanaltı

Masa arxasında çalışanların gün ərzində tez-tez yüksək kalorili qəlyanaltılara üstünlük verməsi həm çəki artımına, həm də qısa müddət sonra yenidən aclıq hissinin yaranmasına səbəb ola bilər.

Demokrat.az xəbər verir ki, dieotoloqlar daha uzun müddət tox saxlayan və sağlam qidalanmanı dəstəkləyən 9 qəlyanaltını açıqlayıb.

Bildirilib ki, düzgün seçilmiş aralıq yeməklər ani aclıq krizlərinin qarşısını almaqla yanaşı, gün ərzində enerji səviyyəsinin qorunmasına da kömək edir.

Dietoloqlar qeyd edib ki, aralıq yemək üçün 10-12 ədəd çiy badam kifayət hesab olunur. Sadə qatıq üzərinə darçın əlavə etmək şirniyyat istəyini azaltmağa kömək edə bilər.

Həmçinin alma və darçın, xiyar və yerkökü dilimləri, bişmiş noxud, lor kəsmiyi, təzə mövsüm meyvələri, çörəkotulu qatıq və ya çia pudinqi və noxud çipsisi faydalı qidalara aid edilir.

Eyni zamanda sağlam qidalanmada yalnız qida seçimi deyil, porsiya ölçüsü də mühüm rol oynayır.

Demokrat.az

D
demokrat.az