Sağlamlıq Özəl

Yunanıstanda Qərbi Nil virusu ilə bağlı narahatlıq artır: Yoluxanların sayı 65-ə çatdı

Yunanıstanda Qərbi Nil virusu ilə bağlı narahatlıq artır: Yoluxanların sayı 65-ə çatdı

Yunanıstanda ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxanların sayı son bir həftədə daha 23 nəfər artaraq 65-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatı (EODY) məlumat yayıb.

Məlumata görə, son bir həftə ərzində qeydə alınan 23 yeni yoluxma halından 22-də sinir sistemini zədələyən ağır klinik mənzərə müşahidə olunub. Bir nəfərdə isə xəstəlik yüngül simptomlarla keçib.

Açıqlamada bildirilib ki, virusun yayıldığı əsas bölgələr Attika, Tesaliya, Mərkəzi Makedoniya və Qərbi Yunanıstandır.

Qeyd olunub ki, bu il Qərbi Nil virusu səbəbindən artıq 4 nəfər həyatını itirib.

Yunanıstanın səhiyyə qurumları xüsusilə yaşlıları və xroniki xəstəliklərdən əziyyət çəkən şəxsləri ağcaqanad sancmalarından qorunmağa çağırıb.

Vətəndaşlara qoruyucu geyimlərdən istifadə etmək, ağcaqanad əleyhinə vasitələrdən yararlanmaq və durğun su hövzələrindən uzaq durmaq tövsiyə olunub.

Nuray

D
demokrat.az