Şou-biznes Özəl

Köhnə sevgi yenidən alovlandı? — Türkan Şoraydan diqqət çəkən paylaşım (FOTO)

Köhnə sevgi yenidən alovlandı? — Türkan Şoraydan diqqət çəkən paylaşım (FOTO)

Türk kinosunun əfsanəvi aktrisası Türkan Şoray keçmiş həyat yoldaşı Cihan Ünalın sosial media paylaşımına yazdığı şərhlə gündəmə gəlib.

Demokrat.az Türkiyə mətbuatına istinadən bildirir ki, Cihan Ünalın paylaşdığı fotoya münasibət bildirən Şoray, "Vay, bu nə yaraşıqlılıqdır!" sözlərini yazıb. Aktrisanın səmimi və tərif dolu şərhi qısa zamanda sosial media istifadəçilərinin diqqətini cəlb edib.

İzləyicilər bu paylaşımı keçmiş həyat yoldaşlarının illər sonra da qarşılıqlı hörmət və xoş münasibətlərini qoruyub saxladıqlarının göstəricisi kimi dəyərləndiriblər.

Xatırladaq ki, Türkan Şoray və Cihan Ünal 1983-cü ildə ailə həyatı qurub, 1987-ci ildə isə yollarını ayırıblar. Onların bu evlilikdən Yağmur Ünal adlı bir qız övladları var.

Türkan Şorayın keçmiş həyat yoldaşına ünvanladığı bu isti sözlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bununla belə, onların yenidən münasibətə başladıqlarını təsdiqləyən hər hansı rəsmi məlumat yoxdur.

Köhnə sevgi yenidən alovlandı? — Türkan Şoraydan diqqət çəkən paylaşım (FOTO)
Leyla Demokrat.az

D
demokrat.az