Maraqlı Özəl

Astroloqlar bu bürclərə maliyyə uğuru vəd edir — Siyahıda kimlər var?

Astroloqlar bu bürclərə maliyyə uğuru vəd edir — Siyahıda kimlər var?

Astroloqların fikrincə, Veneranın Tərəzi bürcünə keçidi bəzi bürclərin maliyyə vəziyyətinə müsbət təsir göstərə bilər.

Demokrat.az "YourTango" nəşrinə istinadən xəbər verir ki, bu dövrdə üç bürc nümayəndəsi uzun müddət davam edən maliyyə gərginliyindən sonra daha sabit və rahat mərhələyə qədəm qoya bilər.

Buğa

Buğalar üçün qarşıdakı dövr maliyyə baxımından rahatlıq vəd edir. Son vaxtlar onları narahat edən gəlir və xərclərlə bağlı problemlərin tədricən azalacağı bildirilir. Astroloqlar hesab edirlər ki, səbir və zəhmətin bəhrəsini görmək vaxtı çatır və Buğalar əldə etdikləri nəticələrdən zövq ala biləcəklər.

Oğlaq

Oğlaqlar uzun müddətdir maddi sabitlik uğrunda çox çalışdıqlarını hiss edirlər. Proqnoza görə, yaxın dövrdə maliyyə təzyiqi azalacaq, onların əməyinin qarşılığı özünü göstərməyə başlayacaq. Bu da gələcəyə daha inamla baxmağa imkan verəcək.

Dolça

Dolçalar üçün əsas dəyişiklik gəlirin artmasından çox, maliyyəni daha düzgün idarə etməyi öyrənmək olacaq. Bu dövrdə onlar gəlir və xərclərini yenidən qiymətləndirə, uzunmüddətli maliyyə planları qurmağa və vəsaitlərini daha səmərəli idarə etməyə başlaya bilərlər.

Astroloqların fikrincə, bu üç bürc üçün qarşıdakı mərhələ maliyyə baxımından daha sabit və perspektivli ola bilər. Bununla belə, mütəxəssislər xatırladırlar ki, real maliyyə uğuru ilk növbədə düzgün planlaşdırma, qənaət və şəxsi qərarlardan asılıdır.

Jalə Demokrat.az

D
demokrat.az