Şou-biznes

"Evlənmək dəlilərin işidir" sözləri tənqid olundu, açıqlama yaydı

Evlənmək dəlilərin işidir sözləri tənqid olundu, açıqlama yaydı

Türkiyəli müğənni Serdar Ortaç səhnədə evliliklə bağlı dediyi sözlərin yanlış anlaşıldığını açıqlayıb.

Sənətçi İstanbul Festivalı çərçivəsində konsert verib. Ortaçın səhnədəki "Evlənmək ağıl xəstələrinin işidir, evlənmək üçün dəli olmaq lazımdır" sözləri tənqid olunub.

Müğənni daha sonra məsələ ilə bağlı açıqlama yayaraq sözlərinin zarafat olduğunu bildirib:

"Dedim ki, evlənmək ağıl xəstələrinin işidir. Amma məsələ belə başladı: evlilik dəli işidir, ona görə də dəlilər üçün oxuyuram, "İki dəli bir araya gəlməməli idi" deyib, mahnı zarafatı etdim. Millət isə yazır ki, Serdar evliliyə dəli işi dedi. Mən özüm 18 il evli qaldım. Sadəcə söz olsun deyə etdim, etməyin".

Qeyd edək ki, Serdar Ortaç 2014-cü ildə irlandiyalı model Xloe Loughnanla ailə həyatı qurub, cütlük 2019-cu ildə boşanıb. (axşam.az)

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Demokrat.az

D
demokrat.az