Hadisə

Zəncirvari qəzada 5 nəfər yaralandı — FOTOLAR

Zəncirvari qəzada 5 nəfər yaralandı — FOTOLAR

Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Shacman” markalı yük avtomobili “KİA” və “Toyota” markalı minik avtomobilləri ilə toqquşub.

İlkin məlumata görə, zəncirvari qəzada 1-i uşaq olmaqla, 5 nəfər xəsarət alıb.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Zəncirvari qəzada 5 nəfər yaralandı — FOTOLAR
Zəncirvari qəzada 5 nəfər yaralandı — FOTOLAR
Zəncirvari qəzada 5 nəfər yaralandı — FOTOLAR
Zəncirvari qəzada 5 nəfər yaralandı — FOTOLAR

D
demokrat.az