"Qala Sığorta" ASC əmlak sığortası üzrə növbəti sığorta ödənişini həyata keçirdiyini açıqlayıb.
Şirkətdən Demokrat.az-a verilən məlumata görə, əmlak sığortası hadisəsi ilə bağlı bir müştəriyə ümumilikdə 602 118 manat məbləğində sığorta ödənişi edilib.
Sığorta ödənişləri müqavilə şərtlərinə uyğun olaraq həyata keçirilir və məqsəd sığorta hadisəsi nəticəsində müştərilərin üzləşdiyi maliyyə itkilərinin aradan qaldırılmasına dəstək göstərməkdir.
Qeyd edək ki, əmlak sığortası və digər sığorta məhsulları barədə daha ətraflı məlumat almaq istəyənlər *4000 "qaynar xətt" nömrəsi ilə əlaqə saxlaya və ya şirkətin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanında yerləşən ofisinə müraciət edə bilərlər.

Demokrat.az


