Polkovnik Özlem Karapınar Türkiyənin Ali Hərbi Şurasının iclasından sonra briqada generalı rütbəsinə yüksəldilib.
Demokrat.az-ın məlumatına görə, polkovnik Özlem Karapınar Türkiyə Hərbi Hava Qüvvələri tarixində general rütbəsi alan ilk qadın olub.
Onun briqada generalı rütbəsinə yüksəldilməsi barədə qərar Ali Hərbi Şuranın (YAŞ) iclasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib.
Məktəbi bitirdikdən sonra Karapınar Ege Universitetinin Tibb fakültəsinə daxil oldu; lakin sonradan bu yoldan imtina edərək Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasından gələn dəvəti qəbul etdi və hərbi karyeranı seçdi.
Xidmət müddətində o, Türkiyə Hərbi Hava Qüvvələrinin bölmə və qərargahlarında müxtəlif vəzifələrdə çalışaraq qərargah zabiti kimi fəaliyyət göstərdi. Briqada generalı rütbəsinə yüksəlməsi Türkiyə Hərbi Hava Qüvvələri üçün tarixi bir mərhələ oldu.
Xatırladırıq ki, Ali Hərbi Şuranın iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilir. İclasda hökumət nazirləri və Türkiyə Silahlı Qüvvələrinin qoşun növlərinin komandanları da iştirak edirlər.
Alparslan Demokrat.az


