Şou-biznes Özəl

İllər sonra gələn etifar: "Evdə döyüldüm və təpikləndim"

İllər sonra gələn etifar: Evdə döyüldüm və təpikləndim

Kanadalı məşhur müğənni Şania Tvain uşaqlıq illərində yaşadığı ağır zorakılıq və istismar barədə səmimi etiraflar edib.

Demokrat.az-ın məlumatına görə, sənətçi "Wild Card with Rachel Martin" proqramında bildirib ki, ögey atasının fiziki və cinsi istismarına məruz qalıb, eyni zamanda ailədə davamlı məişət zorakılığı hökm sürüb. Onun sözlərinə görə, həm anası, həm də ögey atası tərəfindən tez-tez fiziki zorakılıq görüb.

Tvain deyib ki, ailədə baş verən hadisələr uşaqlıq travmalarının uzun illər davam etməsinə səbəb olub. Müğənni qeyd edib ki, "yanlış zamanda yanlış yerdə" olduğu üçün dəfələrlə döyülüb, hətta təpikləndiyi hallar yaşanıb.

Sənətçinin sözlərinə görə, anası uşaqlarını götürərək dəfələrlə evdən qaçmağa cəhd etsə də, ögey atası onları taparaq geri qaytarıb. Maddi və psixoloji çətinliklər səbəbindən ailə zorakı münasibətdən xilas ola bilməyib.

1987-ci ildə isə Şania Tvainin anası və ögey atası yol-nəqliyyat qəzasında həlak olublar. Həmin vaxt müğənni musiqi karyerasının başlanğıcında idi və kiçik bacı-qardaşlarının qayğısını öz üzərinə götürməli olub.

Bu gün təxminən 400 milyon dollar sərvətə sahib olan və dünya musiqisinin ən uğurlu ifaçılarından biri sayılan Şania Tvain bildirib ki, qazandığı uğurlara baxmayaraq, uşaqlıqda yaşadığı ağır hadisələrin izlərini hələ də daşıyır.

Jalə Demokrat.az

D
demokrat.az