Maliyyə

"KredAqro"ya yeni təsisçi gələndən sonra direktor da dəyişdi

KredAqroya yeni təsisçi gələndən sonra direktor da dəyişdi

“KredAqro” Bank Olmayan Kredit Təşkilatında rəhbər vəzifəsində dəyişiklik baş verib.

Demokrat.az Yurd.Media-ya istinadən xəbər verir ki, “KredAqro”nun rəhbəri vəzifəsinə Nailya Kərimova təyin edilib. O bu vəzifədə son iki ili çalışmış Anar Əkbərovu əvəzləyib.

Qeyd edək ki, "KredAqro"da bu il təsisçisi dəyişib. Belə ki, yeganə təsisçi Rusiyaya məxsus "Aqromostfinans" MMC payını öz ölkəsinin vətəndaşı Nikolay Smirnova ötürüb. Yeni təsisçi BOKT-un nizamnamə kapitalını 65,7 milyon manata çatdırıb.

"KredAqro" 2000-ci ildə təsis edilib və yarandığı gündən etibarən davamlı olaraq ölkənin əksər regionlarında kiçik və orta sahibkarlıq subyektlərinə, o cümlədən, ailə və ev təsərrüfatlarına maliyyə xidmətləri göstərməkdədir.

Demokrat.az

D
demokrat.az