Sosial

Qalmaqallı görüş haqda deputatlığa namizədin özündən AÇIQLAMA

Qalmaqallı görüş haqda deputatlığa namizədin özündən AÇIQLAMA

Azərbaycanda növbədənkənar parlament seçkiləri yaxınlaşır. Qeydə alınmış namizədlər Milli Məclisinə seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyasını davam etdirirlər. “Meydan.tv”də 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən deputatlığa namizəd Tahir Mirkişilinin “Stansiya Sumqayıt”-da seçicilərlə görüşündən reportaj hazırlayıb. Reportajda bildirilib ki, YAP-ın deputatlığa namizədi Tahir Mirkişili ilə görüşə gətirilən müəllimələri sakinlər zaldan çıxarıblar.

Reportajda qeyd olunan iddialarla bağlı Tahir Mirkişili Bizimyol.info-ya açıqlamasında bildirib ki, görüşə “müəllim” deyilən şəxsləri təxribatçıların özləri gətiriblər: ““Sumqayıt Stansiyası” deyilən ərazidə seçicilər ilə görüşdük. Bəzi qüvvələrin uğursuz təxribat cəhdlərinə-özləri ilə adam gətirib “müəllim” kimi müsahibə götürmək, kənardan adam gətirib sual vermək, bizim çıxışı verməməyə baxmayaraq sakinlər ilə səmimi dialoq apardıq. Jurnalistə bütün görüşü tam çəkməyə imkan versək də, tam videonu yaymağa cəsarətləri çatmadı, amma biz bütün bu təxribatçıların cavabını öz işimizlə verdik. Daha güclü Azərbaycanın qarşısından qaçıb getdilər. İctimai hesabat, seçildiyimiz təqdirdə görə biləcəyimiz işlər barədə məlumat verdik. Sakinlərin problem və təkliflərin dinlədik. Bu əraziyə qəsəbə statusunun verilməsi əsas hədəflərimizdən biridir”.

T.Mirkişili görüşdə 16 nəfər çıxış edib: “Görüşdə hər kəslə səmimi dialoqumuz olub. Amma əvvəlcədən öyrədilmiş 2 nəfərin çıxışını veriblər. Məncə hər şey normaldır, bu qüvvələr öz niyyətinə nail ola bilməyəcəklər”.

Demokrat.az

D
demokrat.az