Şou-biznes Özəl

Doğukan Güngörün çəkiliş fasiləsi gündəm oldu — FOTO

Doğukan Güngörün çəkiliş fasiləsi gündəm oldu — FOTO

"Kanal D"nin yeni mövsüm üçün hazırladığı "Haysiyet" serialında rol almağa hazırlaşan aktyor Doğukan Güngör bu dəfə aktyorluğu ilə deyil, çəkiliş meydançasındakı səmimi davranışı ilə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, çəkilişlərə verilən qısa fasilə zamanı uşaqlarla voleybol oynayan aktyorun əyləncəli anları kameralara əks olunub və sosial şəbəkələrdə maraqla qarşılanıb.

Yeni mövsümdə "Kanal D" ekranlarında yayımlanacaq "Haysiyet" serialının çəkilişləri davam edərkən, baş rollardan birini canlandıran Doğukan Güngör fasilə zamanı çəkiliş meydançasının ətrafında olan uşaqlarla voleybol oynayıb.

Aktyorun uşaqlarla səmimi ünsiyyəti və oyuna qoşularaq onların sevincinə şərik olması sosial media istifadəçilərinin diqqətindən yayınmayıb. Yayılan görüntülər qısa müddətdə geniş auditoriyaya çatıb və izləyicilər Güngörün təbii davranışlarını yüksək qiymətləndiriblər.

İntensiv çəkiliş qrafikinə baxmayaraq uşaqlarla vaxt keçirən aktyorun bu davranışı sosial şəbəkələrdə çoxsaylı müsbət rəylərlə qarşılanıb. İstifadəçilər onun səmimiyyətini və uşaqlarla qurduğu ünsiyyəti təqdir edən paylaşımlar ediblər.

Doğukan Güngör "Kanal D"nin yeni mövsüm üçün hazırladığı "Haysiyet" serialında əsas qəhrəmanlardan biri olan Mehmet Karlıova obrazını canlandırır.

Serialda Mehmet Karlıova zəhmətkeş bir ailənin şərəf mübarizəsini təmsil edən, həyatın çətinliklərinə baxmayaraq ailəsi və sevdikləri uğrunda mübarizədən vaz keçməyən gənc kimi təqdim olunur.

Obrazın həyatında mühüm yer tutan Simay rolunu Merih Öztürk ifa edir. Mehmet və Simay arasında inkişaf edən münasibət serialın əsas emosional xəttini təşkil edəcək.

Bununla yanaşı, məhəllədən tanışı Hülyanın Mehmətə qarşı qarşılıqsız hissləri də hadisələrin inkişafına yeni çalar qatacaq. Hülya obrazını Berrin Kıymaz canlandırır və onun yaşadığı emosional qarşıdurmalar serialın diqqətçəkən süjet xətlərindən biri olacaq.

Doğukan Güngörün çəkiliş fasiləsi gündəm oldu — FOTO

Jalə Demokrat.az

D
demokrat.az