Şou-biznes Özəl

Bığlı görünüşü sosial şəbəkələrdə müzakirə olunur

Bığlı görünüşü sosial şəbəkələrdə müzakirə olunur

Türkiyənin tanınmış aktyorları Kaan Yıldırım, Barış Arduç, Engin Öztürk, Can Bonomo və Cem Belevinin Alaçatıda birlikdə keçirdikləri idman məşqi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Demokrat.az xəbər verir ki, yay mövsümünü Çeşmədə keçirən məşhurlar bu dəfə istirahət fotoları ilə deyil, açıq havada birlikdə idman etmələri ilə diqqət çəkiblər. Xüsusilə Kaan Yıldırımın uzun müddətdir alışılmış saqqallı görünüşündən imtina edərək bığ saxlaması istifadəçilərin marağına səbəb olub.

Aktyorun yeni görünüşü sosial şəbəkələrdə çoxsaylı şərhlərlə qarşılanıb. Bir çox istifadəçi onun imic dəyişikliyinin yeni layihə ilə əlaqəli olub-olmadığını müzakirə edir.

Kaan Yıldırım aktyorluq karyerası ərzində "Adı Mutluluk", "Ulan İstanbul", "Kalbim Yangın Yeri", "Halka", "Hekimoğlu" və "Sipahi" kimi seriallardakı rolları ilə tanınıb.

Şəxsi həyatı ilə də tez-tez gündəmə gələn aktyor 2024-cü ildə aktrisa Pınar Dəniz ilə İtaliyada ailə qurub. Cütlük 2025-ci ilin əvvəlində ilk övladlarını qucaqlarına alıb.

Məlumata görə, Kaan Yıldırım Hazal Subaşı ilə birlikdə "HBO Max" platforması üçün hazırlanan "Kayıp Zaman" serialında rol alır. Aktyorun yeni görünüşünün bu layihə üçün seçilib-seçilmədiyi isə hələlik açıqlanmayıb.

Barış Arduç, Engin Öztürk, Can Bonomo və Cem Belevinin də qatıldığı idman görüşü məşhurların səmimi dostluq münasibətlərini bir daha nümayiş etdirib və sosial şəbəkələrdə günün ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

Jalə Demokrat.az

D
demokrat.az