Şou-biznes Özəl

"Ahbap" istintaqı çərçivəsində daha iki məşhur ifadə verəcək

Ahbap istintaqı çərçivəsində daha iki məşhur ifadə verəcək

"Ahbap" Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində ifadə verməyə çağırılan aktyorlar Eda Ece və Kerem Bürsin İstanbul Ədliyyə Sarayına gəlib.

Demokrat.az xəbər verir ki, hər iki aktyor ifadə vermək üçün Çağlayanda yerləşən İstanbul Ədliyyə Sarayına yollanıb.

İstanbul Respublika Baş Prokurorluğunun apardığı "Ahbaplar cinayət təşkilatı" istintaqı çərçivəsində daha əvvəl aktyorlar Berna Laçin, Eda Ece, Farah Zeynep Abdullah, İrem Helvacıoğlu və Kerem Bürsin də ifadə vermək üçün prokurorluğa çağırılmışdı.

İstintaq çərçivəsində "Ahbap" Dərnəyinin təsisçisi, müğənni Haluk Levent, onun qardaşı Berkant Acil, vəkil Ece Güner, assistent Yeliz Kaya, "TÜRMOB"un keçmiş sədri Emre Kartaloğlu, "Başaran Holding"in sahibi Hüseyn Başaran və sosial media fenomeni Oğuzhan Uğurun da daxil olduğu ümumilikdə 35 şübhəli barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir. Həmçinin dərnəyin və bəzi şübhəlilərin əmlakına həbs qoyulduğu, təşkilatın idarəçiliyinə isə qəyyum təyin edildiyi qeyd olunur.

Prokurorluğun açıqlamasına əsasən, istintaq çərçivəsində aparılan dördüncü əməliyyat dalğasında bir neçə istiqamət üzrə araşdırmalar aparılır. Bunlara 2023-cü ildə ianələr hesabına maliyyələşdirilən yaşayış evləri və konteynerlərin alınması, bəzi daşınmaz əmlakların Yeliz Kayanın adına keçirilməsi, dərnəyə məxsus çeklərlə bağlı maliyyə əməliyyatları və Haluk Leventlə əlaqəli olduğu iddia edilən maliyyə münasibətləri daxildir.

Araşdırmaların davam etdiyi bildirilir.

Jalə Demokrat.az

D
demokrat.az