Sosial şəbəkələrdə paylaşdığı məzmunlarla tanınan, daha sonra aktyorluq fəaliyyəti ilə geniş auditoriyanın diqqətini cəlb edən türkiyəli aktrisa Aslı İnandık bu dəfə yaradıcılığı ilə deyil, şəxsi həyatı ilə gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, təxminən iki ildir reklam sahəsində çalışan Cem Arıdağ ilə münasibətdə olan aktrisa evlilik təklifi alıb. Aslı İnandık xoş xəbəri sosial şəbəkə hesabında paylaşaraq nişan üzüyünü izləyicilərinə nümayiş etdirib.
İkinci dəfə ailə qurmağa hazırlaşan aktrisanın paylaşımı qısa müddətdə minlərlə bəyənmə toplayıb. Onun izləyiciləri paylaşımın şərhlər bölməsində cütlüyü təbrik edib və xoş arzularını çatdırıblar.

Jalə Demokrat.az


