İqtisadiyyat Özəl

İlin ikinci yarısında ailə büdcəsini qorumaq üçün nələrə diqqət edilməlidir? — Açıqlama

İlin ikinci yarısında ailə büdcəsini qorumaq üçün nələrə diqqət edilməlidir? — Açıqlama

2026-cı ilin ikinci yarısına qədəm qoyarkən iqtisadi proseslər həm qlobal, həm də yerli səviyyədə ailə büdcələrinə təsir göstərməyə davam edir. İnflyasiya təzyiqləri, ərzaq və xidmət qiymətlərində dəyişikliklər, kredit öhdəlikləri və əmək bazarındakı qeyri-müəyyənliklər vətəndaşların maliyyə planlamasını daha da vacib edir.

2026-cı ilin ikinci yarısında hər ailənin diqqət yetirməli olduğu əsas iqtisadi risklər hansılardır?

Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirib ki, ailə büdcəsinin planlaşdırılması hər zaman vacib məsələlərdən biridir:

İlin ikinci yarısında ailə büdcəsini qorumaq üçün nələrə diqqət edilməlidir? — Açıqlama

“Çünki hər bir vətəndaş gəlirlərinə uyğun şəkildə xərclərini planlaşdırmalı və maliyyəsinə nəzarət etməlidir. 2026-cı ilin ikinci yarısında iqtisadi proseslərin gedişi böyük ölçüdə İran ətrafındakı vəziyyətdən asılı olacaq. Əgər müharibə dayanarsa və İranla ABŞ arasında sülh əldə olunarsa, bu, qlobal bazarlarda qiymətlərin sabitləşməsinə və kəskin bahalaşmanın qarşısının alınmasına səbəb ola bilər. Çünki neftin dünya bazarında bahalaşması qlobal inflyasiyanı artırır və bu da idxal olunan məhsulların qiymətlərində artımla müşahidə olunur”.

İqtisadçı hazırda Azərbaycanda pərakəndə bazarda qiymətlərə təsir edən əsas amillərdən birinin məhz idxal inflyasiyası olduğudur söyləyib:

“Daxili faktorların təsiri bununla müqayisədə daha zəifdir. Qiymətlərin mövcud strukturu da göstərir ki, bahalaşmaya birbaşa təsir edən əsas səbəb idxal inflyasiyasıdır. Bu baxımdan, qlobal bazarlardakı qiymətlərin gələcək dinamikası növbəti dövrdə Azərbaycan pərakəndə bazarındakı qiymətlərə də təsir göstərəcək. Bütün hallarda isə ailə büdcəsinin düzgün planlaşdırılması, gəlirlərə uyğun xərcləmə siyasətinin aparılması və maliyyə intizamının qorunması 2026-cı ilin ikinci yarısında da xüsusi əhəmiyyət daşıyacaq”.

Fidan Hacızadə

D
demokrat.az