Şou-biznes Özəl

Məşhur ailənin gəlini yeni layihəyə başladı

Məşhur ailənin gəlini yeni layihəyə başladı

Məşhur müğənni İbrahim Tatlısesin gəlini, oğlu İdo Tatlısesin həyat yoldaşı Yasemin Şefkatlı sahibkarlıq fəaliyyətinə başlayıb. Gənc ana öz adını daşıyan kosmetika brendini yaradıb. İlk məhsullar satışa çıxarılan kimi onlara böyük maraq göstərilib.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sifarişlərin gözləniləndən çox olması səbəbindən Yasemin Şefkatlı və komandası məhsulları vaxtında alıcılara çatdırmaq üçün fasiləsiz çalışır.

Ötən ilin yanvarında əkiz övladları – İbrahim Ayel və Sinan Əmiri dünyaya gətirən Yasemin Şefkatlı analıq qayğıları ilə yanaşı, yeni biznesini də uğurla idarə edir. O, uzun müddətdir həyata keçirmək istədiyi kosmetika markasını yaratdığını bildirib.

Şefkatlı sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ilk gündən sifarişlərin ardıcıl gəldiyini deyib:

"Komandamızla birlikdə böyük həyəcan yaşayırıq. Məhsullar satışa çıxarılan kimi sifarişlər gəlməyə başladı. Onları hazırlayıb vaxtında göndərmək üçün gecə-gündüz çalışırıq. Bizə etibar edən və məhsullarımızı seçən hər kəsə təşəkkür edirəm".

Yasemin Şefkatlının yeni biznes addımı sosial şəbəkələrdə də maraqla qarşılanıb. İzləyiciləri onun həm iki azyaşlı övladına qayğı göstərməsini, həm də iş həyatında uğur qazanmasını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, gənc sahibkara həyat yoldaşı İdo Tatlıses və qayınatası İbrahim Tatlıses də dəstək olurlar.

Jalə Demokrat.az

D
demokrat.az