Hadisə Özəl

Paytaxtda yol qəzası — Anbaan görüntülər

Paytaxtda yol qəzası — Anbaan görüntülər

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Demokrat.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qəza paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində, sakinlər arasında “Qoşa zapravka” kimi tanınan ərazidə baş verib.

Belə ki, “Toyota Prius” markalı avtomobil işıqforun qırmızı işığında hərəkət edən “Hyundai” markalı minik avtomobillə toqquşub.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az