2026-cı ilin avqust ayı ilə bağlı astroloji proqnozlara görə, üç bürcün maliyyə baxımından yeni imkanlarla qarşılaşa biləcəyi iddia olunur.
Demokrat.az xəbər verir ki, “YourTango” nəşrinin yazdığına əsasən, bu dövr şəxsi məqsədləri yenidən dəyərləndirmək, pula münasibəti gözdən keçirmək və uğurun fərdi mənasını müəyyənləşdirmək üçün əlverişli hesab edilir.
Astroloqların fikrincə, avqustun ilk günləri Merkuri planetinin postkölgə mərhələsinin təsiri altında keçəcək. Bildirilir ki, bu mərhələ avqustun 6-da başa çatacaq. Bu müddətdə maliyyə qərarlarını tələsik verməmək, sənədləri diqqətlə yoxlamaq və müqavilələri hərtərəfli təhlil etmədən imzalamamaq tövsiyə olunur.
Həmçinin qeyd edilir ki, tutulmalar dövrü gözlənilməz dəyişikliklər və yeni imkanlar gətirə bilər. Astroloqların iddiasına görə, Şir bürcündə baş verəcək ilk tutulma cəsarətli addımları təşviq edəcək, Balıqlar bürcündəki ikinci tutulma isə artıq fayda verməyən məsələlərdən vaxtında imtina etməyin vacibliyini xatırladacaq.
Qız
Astroloji proqnoza görə, Qız bürcü üçün maliyyə uğuru düzgün tərəfdaşlıq və əməkdaşlıqdan asılı ola bilər. Bildirilir ki, avqustun 6-da Venera Tərəzi bürcünə keçəcək və sentyabrın 10-dək burada qalaraq tərəfdaşlıq mövzusunu ön plana çıxaracaq.
Astroloqlar hesab edirlər ki, yeni imkanlar birgə layihələr, işgüzar əlaqələr və etibarlı tərəfdaşlar vasitəsilə yarana bilər. Bunun həm peşəkar fəaliyyətə, həm də şəxsi həyata aid olduğu bildirilir.
Əkizlər
Proqnoza əsasən, Əkizlər bürcü üçün avqust ayının əsas mövzusu maddi imkanlardan daha çox həyat keyfiyyəti olacaq.
Astroloqlar hesab edirlər ki, bu dövrdə Əkizlər maliyyə məqsədlərinə fərqli yanaşacaq və inkişaflarına dəstək olan insanları daha çox qiymətləndirəcəklər.
Bildirilir ki, avqustun 11-də Marsın Xərçəng bürcünə keçməsi, ertəsi gün isə Ceres asteroidinin ona qoşulması daha sabit və təhlükəsiz gələcək qurmaq istəyini gücləndirə bilər. Bu təsirin yeni layihələrə başlamaq, investor axtarmaq və ya maliyyə strategiyasını yeniləmək üçün stimul yaradacağı iddia olunur.
Balıqlar
Astroloqların fikrincə, Balıqlar bürcü avqust ayında pula və uğura münasibətini yenidən qiymətləndirmək imkanı əldə edə bilər.
Bildirilir ki, avqustun 14-də Pallas asteroidinin Qoç bürcündə retroqrad hərəkətə başlaması, avqustun 25-də isə Vestanın ona qoşulması, həmçinin Neptun və Saturnun retroqrad təsiri məqsədlərin, planların və maliyyə vərdişlərinin yenidən nəzərdən keçirilməsinə şərait yarada bilər.
Astroloqlar Balıqlara qısamüddətli qazancdan daha çox uzunmüddətli maliyyə sabitliyinə diqqət yetirməyi, bacarıqlarını layiqincə qiymətləndirməyi və əməyini dəyərindən aşağı qiymətlə təqdim etməməyi tövsiyə edirlər. Onların iddiasına görə, bu yanaşma zamanla maliyyə narahatlığının azalmasına kömək edə bilər.


