Bir dövrün məşhur"Arka Sıradakılar"serialında Yadigar Kutlu obrazı ilə tanınan aktyor Temmuz Karikutal uzun illərdən sonra Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda görüntülənib.
Bitez məhəlləsində dostları ilə birlikdə yemək yeyərkən kameralara tuş gələn Karikutal onu tanıyan pərəstişkarları ilə söhbət edib, xatirə şəkli çəkdirmək istəyənlərin istəyini geri çevirməyib.
Uzun müddətdir televiziya ekranlarından uzaq olan aktyor bildirib ki, illər keçməsinə baxmayaraq insanların onu tanıması və sevgisini göstərməsi onun üçün böyük dəyər daşıyır.
Karikutal qeyd edib ki, keçirdiyi yol-nəqliyyat qəzasından sonra aktyorluq fəaliyyətini dayandırsa da, əyləncə sektorundan ayrılmayıb. Hazırda o, aktyor meneceri və sosial media agentliyi sahəsində fəaliyyət göstərir.
"Sektorun içində qalmağa davam edirəm və gördüyüm işlə fəxr edirəm", – deyə Karikutal bildirib.
Aktyor, həmçinin "Arka Sıradakılar" serialının yayımlanmasından uzun illər keçməsinə baxmayaraq tamaşaçıların onu unutmadığını vurğulayıb. Onun sözlərinə görə, vaxtilə serialı izləyən gənclərin bu gün 25–40 yaş arasında olmasına baxmayaraq, hələ də onu tanıyıb xatırlamaları sevindirici haldır. 



