Kriminal Özəl

Arvadını yumruqlayan şəxs sərbəst buraxıldı

Arvadını yumruqlayan şəxs sərbəst buraxıldı

Bakıda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində, Ruslan Göyüşov küçəsində baş verib.

Naxçıvan sakini, 1986-cı il təvəllüdlü Rahib (ad şərtidir – red.) həmin küçədə yerləşən fərdi yaşayış evinin dəhlizində həyat yoldaşı Nəzrinlə (ad şərtidir – red.) mübahisə edib.

Mübahisə zamanı Rahib həyat yoldaşının baş nahiyəsinə qəsdən bir dəfə yumruq, üz nahiyəsinə isə bir dəfə əl ilə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Rahib barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

İşə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkmiş də onu bağışlayaraq şikayətini geri götürüb.

Bu səbəbdən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən Rahib cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

D
demokrat.az