Sosial

Avtomobil kondisioneri adamı zəhərləyir?— VİDEO

Avtomobil kondisioneri adamı zəhərləyir?— VİDEO

"Avtomobildə kondisionerlərin düzgün və keyfiyyətli işləməsi üçün öncəliklə onun təmizliyinə diqqət etmək lazımdır".

Demokrat.az xəbər verir ki, bu fikirləriOxu.Az-ın "Avtousta" layihəsi çərçivəsində ustaƏmrulla Vəliyevdeyib.

Usta bildirib ki, sistemdə qaralma yoxdursa, bu zaman o, normal işləyə bilər:

"Bundan başqa, əgər sistemdə sızma yoxdursa, freon keyfiyyətlidirsə, o zaman hər il yeni qaz vurmağa ehtiyac yoxdur. Freon öz-özünə azalmaz".

Kondisionerdə sızıntı səbəbindən zəhərlənmə ehtimalı ilə bağlı sualı isə Ə.Vəliyev belə cavablandırıb:

"Əslində, buna görə kimsə dünyasını dəyişmir. Zəhərlənmələr daha çox qış vaxtında olur. Maşın sahibləri avtomobili salırlar qaraja və ya qapalı yerə, qızdırıcını qoşurlar, salonda dəm qazının həcmi artır, nəticədə ölüm halları baş verir".

Demokrat.az
D
demokrat.az